AZ

Havası ən çirkli olan ölkələr - SİYAHI

Dünyada ən çirkli hava keyfiyyətinə malik ölkələr açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə İsveçrənin hava keyfiyyəti texnologiyası şirkəti IQAir 2024-cü ilin hesabatında bildirilir.

Bu araşdırmaya görə, dünyada yalnız 7 ölkə (Estoniya, İslandiya, Avstraliya, Yeni Zelandiya, Bahamalar, Qrenada və Barbados) Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hava keyfiyyəti standartlarına cavab verir.

Ən çirkli havaya sahib 5 ölkə:

Çad

Banqladeş

Pakistan

Konqo Demokratik Respublikası

Hindistan

Bu ölkələrdə hava çirkliliyi ÜST-ün müəyyən etdiyi limitin 10 qatına qədər yüksəlir, Çadda isə bu göstərici 18 dəfə artıqdır.

Dünyanın ən çirkli paytaxtları:

Yeni Delhi (Hindistan)

Najami (Çad)

Dakka (Banqladeş)

Kinşasa (Konqo Demokratik Respublikası)

İslamabad (Pakistan)

Hindistanda  ötən il havanın çirkliliyi 2023-ə nisbətən 7 faiz azalıb, Çində isə 2013-2020-ci illər arasında çirklənmə 50% azaldı.

Avropada ən çirkli havaya sahib ölkə isə Bosniya və Herseqovinadır. Şimali Makedoniya və Serbiya da sıralamada yer alır.

Hava çirkliliyi yüksək qan təzyiqindən sonra dünyada ölümə səbəb olan ən böyük risk faktorudur. Hər il 7 milyon insan hava çirkliliyi səbəbindən həyatını itirir.

Seçilən
3
5
bakivaxti.az

10Mənbələr