“Mançester Siti” “Real Madrid”in istedadlı futbolçusunu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, ingilislər “Real”da əsas heyətdə intensiv yer almayan Eduardo Kamavinqanı transfer etmək üçün hərəkətə keçib.İspaniya mətbuatının məlumatına görə, “Mançester Siti”nin məşqçisi Pep Qvardiola Kamavinqanı transfer siyahısının ilk sıralarına yerləşdirib. Bildirilir ki, “Mançester Siti” “Real”a futbolçu üçün 60-70 milyon avro təklif edə bilər. Transfer mövsümün sonunda reallaşa bilər. Qeyd edək ki, Eduardo Kamavinqa məşqçi Karlo Ançelottinin etimad etmədiyi futbolçudur. Kamavinqa bu mövsüm "Real"ın heyətində 25 matçda forma geyinib, 1 qol və 2 məhsuldar ötürmə ilə töhfə verib. Futbolçu bir sıra matçlarda oyuna sonradan daxil olub.