Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.
Bildirilib ki, danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-nin yeni mərhələdə əməkdaşlığının həmrəy, nəticəyönümlü və səmimi şəkildə davam edəcəyinə inandığınıvurğulayıb.