AZ

"Azadlıq"dan danışan radiolar susduruldu VİDEO

Prezident Donald Tramp ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və hökumət mediasına nəzarət edən Qlobal Media Agentliyinin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb. "Amerikanın səsi" radiosunun direktorunun sözlərinə görə, Trampın qərarından sonra radiostansiyanın 1300-dən çox əməkdaşını məzuniyyətə yollayıblar.

Xezerxeber.az-ın məlumatına görə, ABŞ Konqresinin hesabatına əsasən, ötən ilin yekunları üzrə Qlobal Media Agentliyinin büdcəsi 886 milyon dollar təşkil edib.

Sözügedən Qlobal Media Agentliyi "Amerikanın Səsi", "Azadlıq Radiosu/Azad Avropa" və "Radio Free Asia"nı maliyyələşdirir.

Bəs ABŞ Prezidenti niyə rəsmi olaraq ABŞ hökumətinin müstəqil qurumu adlanan agentliyin fəaliyyətinin dayandırılmasını istəyir?

Jurnalist, siyasi şərhçi Azər Həsrət deyir ki, Tramp bunu federal bürokratiyanın azaldılması məqsədilə edir.

Onun sözlərinə görə, Trampın ləğv etməyə çalışdığı media qurumları və QHT-lər bütün dünyada, o cümlədən Cənubi Qafqazda illərdir ölkələrin siyasi sabitliyini pozmaq üçün çalışırdı.

Qeyd edək ki, Trampın bu qərarı xüsusilə Konqresin nəzarətində olan və ya müstəqil hesab edilən agentliklərə müdaxilə etdiyi üçün mübahisəli addım kimi dəyərləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
41
xezerxeber.az

10Mənbələr