AZ

“28 May” metrostansiyasının yaxınlığında mağazada yanğın oldu

Bakının Nəsimi rayonunda mağazada yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə “28 May” metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Seçilən
0
5
konkret.az

6Mənbələr