Tailandın baş naziri Petonqtarn Çinavat "Formula 1"in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.
Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün "Formula 1" rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.
Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.