"Ağ Ev rəhbəri Donald Tramp ABŞ-ın mövcud sanksiyalar siyasətinə yenidən baxılmasını əmr edib".
Hurriyyet.Az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox Business"ə verdiyi açıqlamada bildirib.
“Tramp mənə sanksiyalar rejiminə yenidən baxmağı tapşırıb", - o qeyd edib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti hesab edir ki, hazırkı sanksiyalar dolların ehtiyat valyuta rolunu zəiflədir. İnsanlar dollardan imtina edir.
"Biz ən təsirli sanksiyalar rejiminə keçəcəyik", - Bessent bəyan edib.
Nazir həmçinin bildirib ki, Tramp Rusiyaya qarşı sanksiyaların “lazım gələrsə” “10-dan 10-a” sərtləşdirilməsi barədə göstəriş verib və hazırda onları 6 balla qiymətləndirib.\\Publika.az