Moskva şəhərindəki ABŞ səfirliyi yaxınlığında Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləyən instalyasiyaların sökülməsinə başlanıb.
Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu instalyasiyalar 2023-cü il noyabrın sonunda quraşdırılıb.
İşçilər iki stendin - Rusiya bayrağının rənglərinə boyanmış "Biz birlikdəyik" yazısının və ZVO hərflərinin sökülməsinə başlayıblar.
Mənbə: oxu.az