Ağdamda bıçaqlanma hadisəsi baş verib.
Sitat.info APA-ya istinadən xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Turan Aqşin oğlu Şirinov və 2005-ci il təvəllüdlü Yaqub Elnur oğlu Allahverdiyeva bıçaq xəsarətləri yetirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.