AZ

Ağdamda kütləvi dava: Yaralananlar Var


Ağdamda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Turan Aqşin oğlu Şirinov və 2005-ci il təvəllüdlü Yaqub Elnur oğlu Allahverdiyeva bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Seçilən
8
5
news24.az

10Mənbələr