AZ

Ağdamda kütləvi dava: iki nəfər bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. \\APA 

Seçilən
12
5
hurriyyet.az

10Mənbələr