AZ

Yevlaxda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə SİA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir.

Seçilən
46
29
sia.az

10Mənbələr