AZ

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndindən keçən hissəsində baş verib. Belə ki, İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
0
24
ikisahil.az

10Mənbələr