Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.
Demokrat.az
10Mənbələr
-
editor.azCəlilabadda “Kalaşnikov” və tüfənglər aşkarlandı – FOTO ( 965046)
-
avtosfer.azCəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb- FOTO ( 964770)
-
demokrat.azCəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb ( 964752)
-
big.azCəlilabadda "Kalaşnikov" və tüfənglər aşkarlandı - FOTO ( 964583)
-
senzor.azCəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlandı -FOTO ( 964575)
-
sonxeber.azCəlilabadda "Kalaşnikov" və tüfənglər aşkarlandı - FOTO ( 964551)
-
olaylar.azCəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb - FOTO ( 964545)
-
7news.azCəlilabadda “Kalaşnikov” və tüfənglər aşkarlandı - FOTO ( 964504)
-
525.azCəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb ( 964366)
-
baku.wsCəlilabadda “Kalaşnikov” və tüfənglər aşkarlandı - FOTO ( 964331)