Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı bir neçə terror aktı cəhdinin qarşısını alıb.Bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. Məlumata görə, hadisə ilə bağlı Rusiya vətəndaşı olan 8 nəfər saxlanılıb. Onlardan biri saxlanılarkən silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.Saxlanılanların, həmçinin regionun energetika obyektlərinə qarşı diversiyaya da hazırlaşdığı qeyd olunub.
Paylaş: