EN

"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW

 
"Moskva Rusiyanın sanksiyalar altında olduğu hazırkı qlobal maliyyə sistemindən yan keçməyə can atır..."
 
Rusiyada keçirilən BRICS sammitinə o cümlədən Çin, Hindistan, İran və Cənubi Afrika daxil olmaqla dünyanın 36  lideri gəlib. Kreml bu tədbirdə Ukraynada öz hərbi səylərini gücləndirmək üçün mexanizmlər yaratmağa cəhd edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
"Rusiya, ehtimal ki, BRICS sammitindən qeyri-Qərb dövlətləri ilə qlobal əlaqələrinin gücləndirilməsi üzrə öz səylərini nümayiş etdirmək və mümkündür ki, sazişlər və ticari mexanizmlər bağlamaqla Ukraynada öz hərbi səylərinə dəstək vermək, bununla da Qərb sanksiyalarının təsirini yümşaltmaq imkanı kimi istifadə edəcək", - ISW məlumat verib.
 
Qeyd edilir ki, sammit çərçivəsində Rusiya hakimi Çin həmkarı Si Tszinpinlə görüşüb. Onlar  iki ölkə arasında çoxşaxəli münasibətlərin vacibliyini vurğulayıb, bu zaman Çin rəhbəri BRICS-i qlobal strateji əməkdaşlığın formatı adlandırıb.
 
Bundan başqa, Kreml lideri Hindistan baş naziri Narendra Modi və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə ikitərəfli münasibətlər, çoxqütblü dünya düzəninin yaradılması və qarşılıqlı ticari hesablamalarda milli valyutalardan istifadə etmək məsələlərini müzakirə edib.
 
Eyni zamanda Modi bu imkandan istifadə edərək Ukraynada müharibənin "imkan daxilində tez bir zamansa" dinc nizamlanması yollarının tapılmasının zəruriliyini bəyan edib və Hindistanın potensial vasitəçi kimi rolunu təsdiq edib.
 
Rusiyada BRICS sammiti
 
Bu həftə Rusiyanın Kazan şəhərində BRICS sammiti keçirilir. Ukrayna prezidenti Vladimir Putin bəyan edib ki, BRICS birliyi Putinə dünyaya və ilk növbədə öz cəmiyyətinə Rusiyanın təcrid olunmadığını göstərməyə kömək edir.
 
BMT baş katibi Antoniu Quterrişin sammitdə iştirak etməsi birmənalı qarşılanmayıb və tənqidlərə məruz qalıb.
 
Xəbər verildiyi kimi, bundan öncə Rusiya BRICS birliyi əsasında yeni beynəlxalq bank ödənişləri sisteminin yaradılması niyyətini bəyan edib.
 
Moskva gizlətmir ki, bu yolla Rusiyanın sanksiyalar altında olan hazırkı qlobal maliyyə sistemindən yan keçməyə can atır.
Chosen
77
50
moderator.az

10Sources