EN

Vitor Reys “Mançester Siti”yə keçidini şərh etdi

19 yaşlı brazilyalı mərkəz müdafiəçisi Vitor Reys “Palmeyras”dan tamhüquqlu əsasda “Mançester Siti”yə keçidini şərh edib.

Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən, dünyanın ən böyük klublarından biri olan “Mançester Siti”yə qoşulduğum üçün çox şadam. Hər kəs son mövsümlərdə heyrətamiz nailiyyətləri görüb və mən də daha çox qənimət əldə etmək üçün öz rolumu oynamaq istəyirəm.

“Pep” Qvardiola ilə işləmək hər bir gənc oyunçunun xəyal etdiyi bir məqamdır və mən bilirəm ki, o, mənə ola biləcəyim ən yaxşı oyunçu olmağa yardımçı olacaq.

“Mançester Siti”nin braziliyalı oyunçularla da böyük təcrübəsi var, komandada Ederson və Savinyo kimi oyunçuların olması isə mənim üçün böyük kömək olacaq”, deyə Reys vurğulayıb.

“Mançester Siti” Vitor Reysin “şəhərlilər”in düşərgəsinə keçidi müqabilində 35 milyon avro məbləğində sabit ödəniş edib, daha 5 milyon avro məbləğində vəsaiti isə əlavə üstəliklərə sərf edib.

Vitor Reys yeni klubu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Reys “şəhərlilər”in heyətində “22” nömrə altında çıxış edəcək.

Vitor Reys “Palmeyras”ın yetirməsidir. Gənc futbolçu böyük futbolda dördüncü mövsümünü keçirir. Bu müddətdə Reys ancaq “Palmeyras”ın uğurları üçün çalışıb, ümumilikdə 38 oyun keçirib, 2 qol vurub.

Vitor Reys Braziliyanın U-16 və U-17 komandalarına cəlb edilib, “selesao”nun əsas komandasına isə hələ dəvət almayıb.

Vitor Reys perspektivli müdafiəçi sayılır. Gənc Vitor böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Chosen
15
12
arena.az

10Sources