Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Kürdmahmudlu kəndi ərazisində yerin təkindən qeyri-qanuni istifadə halı müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
![](https://baku.ws/uploads/posts/2023-11/1701352934_65687f08a97dc65687f08a97dd170134708065687f08a97d965687f08a97da.jpg)
![](https://baku.ws/uploads/posts/2023-11/1701352894_65687f0886f3e65687f0886f3f170134708065687f0886f3c65687f0886f3d.jpg)