EN

Türkiyənin kəşfiyyat təşkilatı Suriyada terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK/YPG-nin maliyyə strukturunda idarəçi vəzifəsində çalışan Şiraz Ömər adlı terrorçuya qarşı əməliyyat keçirib.

TurkicWorld xəbər verir ki , MİT-in apardığı kəşfiyyat işləri nəticəsində yeri müəyyən edilən terrorçu təqib edilib.

Suriyada Rumeylan-Malikiye yolunda aparılan əməliyyat nəticəsində PKK/YPG üzvü Ömər zərərsizləşdirilib.

Şiraz Ömər 2012-ci ildə təşkilata qoşulub. O, təşkilatın Suriya administrasiyası olan Rojava Katibliyində iştirak edib.

Chosen
13
5
turkic.world

6Sources