EN

Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb.

Trendxəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, regionda sənayenin inkişafı və məşğulluğun təminolunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına Kiçik vəOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəkgöstərilib. Belə ki, Agentlik fabrikin yaradılması üçün sahibkaradövlət dəstəyi mexanizmləri barədə məsləhət xidməti, istehsalfəaliyyətini həyata keçirmək üçün obyektin tapılması, aidiyyətiqurumlarla əlaqələndirməklə işçilərin peşə hazırlığı kurslarınacəlb edilməsi və dövlətin güzəştli kreditinə çıxış istiqamətindədəstək göstərib.

Tekstil sahəsində 10 illik təcrübəyə malik fərdi sahibkarınyaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastrukturolmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir. Müəssisəninqurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiyayatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyətiqadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərinməşğulluğunun təmin olunması planlaşdırılır. Müəssisə ekolojibaxımdan zərərli tullantılar yaratmır və ətraf mühitə mənfi təsirgöstərmir.

Regionlarda istehsal və emal müəssisələri yaratmaq istəyənsahibkarlıq subyektləri dövlət dəstəyi mexanizmləri barədəinformasiya, məsləhət xidməti, əlaqələndirmə və digər dəstəklərüçün KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofisinəmüraciət edə bilərlər.

Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Məqalədə:
Chosen
61
4
az.trend.az

9Sources