Sabahdan 38 nömrəli marşrut xəttinə yeni avtobuslar buraxılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutun avtobusları yenilənir:
“Fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub”.
“Yeni avtobusların xəttə buraxılması ilə interval 6-7 dəqiqə təşkil edəcək və avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək”, - deyə agentlikdən bildirilib.