EN

"Santos" klubu Neymarın transferini açıqladı

Braziliyanın "Santos" komandası Neymarın transferini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

Məlumata əsasən, 33 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Bununla da ulduz futbolçu 12 illik fasilədən sonra keçmiş klubuna qayıdıb.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar İspaniyada "Barselona"nın, Fransada PSJ-nin formasını geyinib. O, son olaraq Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasında çıxış edib.


Müəllif: Teleqraf.com
Chosen
24
7
teleqraf.com

8Sources