![Tailandda Tailandda](https://static.report.az/photo/99852e1a-9e72-39ec-972d-7812fff503a5_850.jpg)
Tailandda turist avtobusu 15 metr hündürlükdən aşıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli “BrightTV” məlumat yayıb.
“Qəza Phuketdəki Karon-Patonq aşırımında baş verib. Bir qrup turist ekskursiyadan qayıdarkən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi hotelin yaxınlığında yoldan çıxıb”, – telekanal qeyd edir.
Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. İlkin məlumata görə, onların arasında rusiyalılar və çinlilər var.
Hadisə yerində xilasetmə xidmətləri işləyir.