EN

Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktını pisləyib.

"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbəri dərin hüznlə qarşılandı.

Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik.

Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Chosen
13
29
apa.az

10Sources