EN

Milli Məclisdə qalmaqal: “Telekanallar arvad davası - boğuşmasından pul qazanır”

Həkimlərin və dərmanların reklamı baş alıb gedir.

Bunu Milli Məclisin deputatı Aqil Abbas bügünkü plenar iclasda deyib.

O bildirib ki, SSRİ vaxtı bu qadağan idi:

"Rəşad Mahmudovun reklama ehtiyacı var? O özü brenddir. Bəziləri gedir 2-3 aylıq sertifikat alır, özümü reklam etdirir. Düzdür, özəl telekanallar reklamlardan və arvad davası - boğuşmasından pul qazanır. Ancaq bu qəbuledilməzdir".

Daha sonra spiker söz alıb və deputatı bu sözlərinə görə qınayıb:

"Aqil müəllim, bu nə fikirlərdir? Bu, parlament sözüdür !?"


Telegram kanalımız
Chosen
34
7
yenisabah.az

10Sources