EN

Premyer Liqa: “Çelsi”dən “Vest Hem” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Çelsi” doğma meydanda “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı ilk hissədə qonaq komanda açıb. Amma matçın son yarım saatında iki qol vuran “zadəganlar” yekunda əzmkar qələbəyə seviniblər.

Beləliklə, 24 turdan sonra 56 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 50 xalla ikinci, “Nottingem Forest” 47 xalla üçüncü, “Çelsi” 43 xalla dördüncü pillədə qərarlaşıb. “Mançester Siti” və “Nyukasl”ın 41, “Bornmut”un 40, “Aston Villa”nın 37, “Fulhem”in 36, “Brayton”un 34, “Brentford”un 31, “Kristal Pelas”ın 30, “Mançester Yunayted”in 29 xalı var.

İngiltərə, Premyer Liqa
24-cü tur
1 fevral

Nottingem Forest – Brayton 7:0
Qollar: Dank, 12-öz qapısına. Gibbs-Uayt, 25. Vud, 32; 64; 69. N.Uilyams, 89. Jota Silva, 90+1.

Bornmut – Liverpul 0:2
Qollar: Salah, 30-pen; 75.

Everton – Lester Siti 4:0
Qollar: Dukure, 1. Beto, 6; 45+2. Ndiaye, 90.

İpsviç Taun – Sauthempton 1:2
Qollar: Delap, 31 – Aribo, 21. Onuaçu, 87.

Nyukasl – Fulhem 1:2
Qollar: Mörfi, 37 – R.Ximenes, 61. R.Munis, 82.

Vulverhempton – Aston Villa 2:0
Qollar: Belleqarde, 12. Kunya, 90+7.

2 fevral

Brentford – Tottenhem 0:2
Qollar: Janelt, 29-öz qapısına. Sarr, 87.

Mançester Yunayted – Kristal Palas 0:2
Qollar: Mateta, 64; 89.

Arsenal – Mançester Siti 5:1
Qollar: Edeqor, 2. Partey, 56. Lyuis-Skelli, 62. Haverts, 76. Nvaneri, 90+3 – Haland, 55.

3 fevral

Çelsi – Vest Hem 2:1
Qollar: Neto, 64. Van-Bissaka, 74-öz qapısına – Bouen, 42.

Chosen
4
1
arena.az

3Sources