Ajans.az-ın xarici mediaya istinadən məlumatına görə, Culani səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.
Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Onu da xatırladaq ki, Əhməd əl-Şaara bu gün Türkiyəyə rəsmi səfər edəcək.