EN

Basketbol: “Naxçıvan” “Abşeron”a qalib gəldi, liderliyə yüksəldi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 14-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün yeganə görüşü A qrupu çərçivəsində baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində liderin ən yaxın izləyicisi “Naxçıvan” turnir cədvəlindəki qonşusu “Abşeron”u sınağa çəkib. Oyuna yaxşı başlayan qonaqlar fasiləyə 10 xal üstünlüklə yollanıblar. Sonadək öndə olan “Naxçıvan” qələbə sayəsində 1-ci pilləyə yüksəlib.

Xatırladaq ki, turun qalan görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 14-cü tur
4 fevral

“Abşeron” – “Naxçıvan” 70:76 (12:17, 16:21, 18:20, 24:18)
Abşeron Olimpiya İdman Kompleksi.

Xallar: Naxçıvan – 24. Sabah – 23. Abşeron – 20. Sərhədçi – 18. Neftçi – 18. NTD – 17.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
26
13
arena.az

10Sources