EN

Pakistan və Qırğızıstan prezidentlərinin Çinə səfəri başlayıb

Pekin, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Pakistan Prezidenti Asif Əli Zərdari və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Çinə dövlət səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, hər iki dövlət başçısının təyyarəsi Pekin hava limanına enib.

Pakistan liderinin səfəri fevralın 8-dək, Qırğızıstan Prezidentinin səfəri isə fevralın 7-dək davam edəcək. Hər iki lider səfər çərçivəsində 9-cu Asiya Qış Oyunlarının Harbin şəhərində keçiriləcək açılış mərasimində də iştirak edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
10
9
azertag.az

10Sources