EN

Qızıl ABŞ-Çin ticarət müharibəsinin təsiri ilə rekord həddə çatıb

Qızıl, ABŞ-Çin ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik fonunda təhlükəsiz liman tələbini artıraraq təxminən 1% bahalaşıb və rekord səviyyəyə yüksəlib.

Külçə qızıl çərşənbə günü bir unsiya üçün 2 849,05 dollara çataraq bütün zamanların ən yüksək göstəricisini qeydə alıb. Bu artım, ABŞ prezidenti Donald Trampın bir gün əvvəl Çin idxalına 10%-lik gömrük rüsumu tətbiq etməsi və Pekinin buna sürətli reaksiya verməsinin ardınca baş verib.

Çinin cavabı Trampın ilk prezidentlik dönəmi ilə müqayisədə daha yumşaq olsa da, dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı gərginliyin bazarlara təsiri ilə bağlı narahatlıqlar davam edir. İnvestorlar gömrük tariflərinin inflyasiyanı artıracağı təqdirdə ABŞ-nin pul siyasətində dəyişikliklərə səbəb olub-olmayacağını diqqətlə izləyir.

"Saxo Capital Markets"in strateqi Çaru Çanana (Charu Chanana), "Bu ÅŸÉ™raitdÉ™ tÉ™hlükÉ™siz limandan kim imtina edÉ™r ki? ABÅž-Çin danışıqları ilÉ™ baÄŸlı müsbÉ™t xÉ™bÉ™rin olmaması vÉ™ QÉ™zzÉ™ ilÉ™ baÄŸlı artan geosiyasi gÉ™rginlik, ABÅž dollarının hansı istiqamÉ™tÉ™ getmÉ™sindÉ™n asılı olmayaraq, qızıla daha çox dÉ™stÉ™k verÉ™cÉ™k", – deyÉ™ bildirib.

Sinqapur vaxtı ilə saat 09:17-də spot qızılın qiyməti 0,1% artaraq bir unsiya üçün 2 844,82 dollara yüksəlib. "Bloomberg Dollar Spot" indeksi çərşənbə axşamı 0,7%-lik geriləmənin ardından 0,1% azalıb. Gümüş və palladium ucuzlaşıb, platin isə cüzi bahalaşıb.

Chosen
26
13
valyuta.az

10Sources