"Qalatasaray"dan "Benfika"ya transfer olan Kerem Aktürkoğlu sezona fırtına kimi başlasa da son həftələrdə performansında yaşanan düşdü.
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk 11-dəki yerini Andreas Şhelderupa verən Aktürkoğlu daha bir şok yaşayıb.
Belə ki, "Benfika" "Braqa"da uğurlu çıxışı ilə diqqət çəkən, Türkiyə Superliqasında daha əvvəl "Qalatasaray" və "Fenerbahçe"də oynamış Brumanı 6 milyon avro qarşılığında heyətinə qatıb. Bu transferlə birlikdə Keremin mövqeyində artıq 3 futbolçu var.
Atdığı qollar və verdiyi asistlərlə Portuqaliyada manşetləri bəzəyən türkiyəli oyunçunun əsas heyətdəki yerinin təhlükəyə düşdüyü bildirilir. Son oyunlarda baş məşqçi Bruno Laqe 20 yaşlı danimarkalı Andreası ilk 11-də oynatmağa başlayıb.\\milli.az