EN

22 rayonda 24 aqroparkın yaradılması istiqamətində işlər görülür - Seymur Adıgözəlov

Bakı. Trend:

Hazırda 22 rayon üzrə 66,3 min ha ərazidə 24 aqroparkınyaradılması istiqamətində işlər görülür.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, 1aqroparkda isə tikinti-quraşdırma işləri aparılır:

"Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-iəkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrəixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manattəşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəlinvestisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

Bununla yanaşı, indiyədək aqroparkların yaradılması və yafəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manatdövlət dəstəyi göstərilib".

"Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkınyaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb.İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnolojiavadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manatdəyərində güzəşt əldə edib.

Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təminedilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbətimərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılmasınəzərdə tutulur", - deyə o vurğulayıb.

Chosen
25
4
az.trend.az

10Sources