Ucarda məktəblinin sinif yoldaşını bıçaqlama hadisəsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.(oxu.az)
***
10:36
Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 16 yaşlı M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.