EN

Əhməd əl-Şara Makrondan Fransaya rəsmi dəvət aldı

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Fransa lideri Emmanuel Makrondan Parisə rəsmi səfərə dəvət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya liderinin ofisi Makronla telefon danışığından sonra məlumat yayıb.

“Əhməd Əl-Şaraa Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb”, məlumatda deyilir.
Ofisin bildirdiyinə görə, Makron Əl-Şaranı prezidentliyə başlaması münasibətilə təbrik edib və Suriyanın keçid mərhələsinə tam dəstəyini ifadə edib.

"Prezidentlər Suriyanın təhlükəsizlik problemlərini və onun sabitliyini qorumaq üçün birgə işləmək zərurətini müzakirə ediblər", - məlumatda deyilir.

Chosen
50
2
modern.az

3Sources