EN

Rossotrudniçestvo rəhbəri Bakıdan Rus Evinin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda “Rus Evi”nin (“Rossotrudniçestvo” nümayəndəliyi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

Vətəninfo.az-ın “TASS”-a istinadən xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalında məlumat verib.

“Burada deyilir ki, bizim nümayəndəliyimiz, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM), xalq arasında “Rus Evi” də adlanır, yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov bildirib.

Chosen
111
7
veteninfo.az

10Sources