EN

ABŞ Ukrayna ilə bağlı sülh planını gələn həftə açıqlayacaq...

Image

ABŞ gələn həftə Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün uzunmüddətli sülh planı təqdim etməyə hazırlaşır. Xarci media mənbələrə istinadən yazır ki, planı müttəfiq ölkələrə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq təqdim edəcək.

Tramp administrasiyasının hazırladığı planda müharibənin dondurulması, Rusiyanın işğal etdiyi ərazilərin statusunun qeyri-müəyyən qalması və Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi kimi addımlar ön plana çıxır. Trampın komandası bildirir ki, Ukraynanın Vaşinqtonun dəstəyini qazanması üçün ölkənin kritik mineral ehtiyatlarına ABŞ-ın çıxışının təmin edilməsi həllin bir parçası ola bilər.

Kelloq bildirib ki, ABŞ sülh prosesini sürətləndirmək üçün atəşkəsdən sonra Ukraynada seçkilərin keçirilməsini istəyir. Onun açıqlamasının ardından Ukrayna prezidenti Zelenski də hərbi vəziyyətin ləğvindən sonra seçkilərin keçirilə biləcəyi ilə bağlı mesajlar verib.

NATO-ya üzvlük isə Ukrayna üçün hələ də əsas prioriteti olaraq qalır. Lakin Kiyev bunun qısamüddətli perspektivdə mümkün olmadığının fərqindədir və buna görə də ABŞ-la təhlükəsizlik anlaşmalarına can atır.

Tramp administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün masaya qoyacağı plan fevralın 14-16-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ətraflı şəkildə açıqlanacaq. Sülh danışıqları başlasa, müharibənin üçüncü ilinə qədəm qoyan Ukrayna və onun Qərb müttəfiqləri üçün yeni dövr başlaya bilər. Lakin Kiyev və Avropa liderlərinin bu təklifə necə reaksiya verəcəyi maraq doğurur.

TAHİR





Chosen
73
50
baki-xeber.com

10Sources