EN

Avropa İttifaqı Qəzzanı gələcək Fələstin dövlətinin bir hissəsi adlandırıb

Avropa İttifaqı Qəzza zolağının gələcək Fələstin dövlətinin tərkib hissəsi hesab edir.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti-yə Aİ nümayəndəsi bildirib.

 

Avropa İttifaqının sözçüsü deyib: “Aİ iki dövlətli həll yoluna möhkəm sadiq qalır və inanırıq ki, bu, həm israillilər, həm də fələstinlilər üçün davamlı sülhə aparan yeganə yoldur”.

 

Fevralın 5-də ABŞ prezidenti Donald Tramp fələstinlilərin oradan qonşu ölkələrə köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.

 

İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.

 

Ağ Ev rəhbərinin planları Trampın təkliflərini “qovma” adlandıran ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Netanyahu, ABŞ prezidentini dəstəkləyərək, "qutudan kənarda düşündüyünü və yeni fikirlər təklif etdiyini" bildirib.

 

Tramp əvvəllər “Qəzzanı yenidən gözəlləşdirmək” istəyib.

 

Nigar

Chosen
20
3
oxu24.com

10Sources