Bakı. Trend:
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilənisbətən 8,1 faiz artaraq 1 009,2 manat təşkil edib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə vəsığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə dəinformasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı dahayüksək olub.
Cari ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 778 500 nəfərolmuş, onlardan 882 800 min nəfəri iqtisadiyyatın dövlətsektorunda, 895 700 min nəfəri isə qeyri-dövlət sektorundafəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinintəmiri, 18,5 faizi təhsil, 13,5 faizi sənaye, 8,5 faizi əhaliyəsəhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizinəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texnikifəaliyyət, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olub.