ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması ilə bağlı rəsmi planı yoxdur.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Əminəm ki, bu, prezident Trampın rəsmi planı deyil", - Zelenski bildirib.
Prezidentin sözlərinə görə, onun artıq plana baxışı var və konkret şeylər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub.
Zelenski həmçinin əminliyini ifadə edib ki, “komandalarımız birlikdə işləyəcək, heç kimdən, hətta ABŞ-dan da ayrı plan ola bilməz”.
O, həmçinin əmindir ki, potensial planla bağlı çoxlu məlumatlar olacaq, haradasa bu reallıqla üst-üstə düşə bilər, lakin əksər hallarda yox.
“Biz hələ də rəsmi danışıqlarımızı və rəsmi nəticələrimizi gözləyəcəyik”, - deyə Zelenski əlavə edib.
Əziz Mustafa, Oxuməni.az