EN

Azərbaycan Kubokunun ev oyununda “Sabah”dan İLK

“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun ev oyununda heç-heçə edib.

İdman.biz xəbər verir ki, bu, 1/4 finalın “Sumqayıt”la ilk matçında yaşanıb.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu, həm də “Sabah”ın tarixinə evdəki 10-cu kubok görüşü kimi düşüb. Əvvəlki 9 oyunda heç-heçə qeydə alınmamışdı.

Qeyd edək ki, hesabında 3 qələbə olan Bakı klubu 6 dəfə uduzub.

İdman.biz

Chosen
25
14
idman.biz

10Sources