EN

Kürdəmirdə şagird məktəb yoldaşına xəsarət yetirib

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdinin digər bir şagird yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb...

Məsələ ilə bağlı bildiririk ki, 07 fevral 2025-ci il tarixdə Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Poliqon.info

Chosen
3
15
poliqon.info

10Sources