EN

10-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirdi

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.
Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regoinal Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, fevralın 7-də Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Həmçinin əlavə olunub ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Chosen
30
15
sherg.az

10Sources