EN

“Azərişıq” ölkə ərazisində 45 enerjidoldurma məntəqəsi quraşdırıb

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 7 EDM fəaliyyət göstərir.

“Hazırda Bakı və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda isə 15 EDM fəaliyyət göstərir”.

Operativ Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, Qusar şəhərində, Şahdağ istirahət kompleksi yolunda 60 kVt gücündə EDM məntəqəsinin quraşdırılması yekunlaşıb və hazırda proqram təminatına inteqrasiya prosesi həyata keçirilir.

Chosen
41
1
operativmedia.az

9Sources