EN

Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb

Bakı, 7 fevral, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu yarandığı tarixdən cari il yanvar ayının 1-dək ləğv prosesində olan 19 bank üzrə toplam 1 milyard 717, 521 milyon manat kompensasiya ödənişini həyata keçirib.

Fonddan AZƏRTAC-a bildirilib ki, yaxın keçmişə nəzər salsaq, ölkəmizdə koronavirus pandemiyası səbəbi ilə sərt karantin rejiminin, habelə hərbi vəziyyətin tətbiq olunduğu 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş 4 bankın və növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunduqda təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişi həyata keçirib.

Belə ki, 2020-ci ildən 2024-cü ilədək ləğv prosesində olan 6 bank üzrə toplam 35 min 020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897 milyon 581,697 manat kompensasiya ödənişi edilib.

Chosen
57
2
azertag.az

7Sources