“Spartak” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, sözügedən komanda Yunanıstan AEK-nin hücumçusu Levi Qarsiyanı heyətinə qatıb. 27 yaşlı futbolçusu ilə 3 il yarımlıq müqavilə imzalanıb. Levi Qarsiya "Spartak"da 11 nömrə altında çıxış edəcək.
Qarsiya artıq BƏƏ-dəki qış təlim-məşq toplanışında “qırmızı-ağlar”la işləməyə başlayıb. "Spartak" transferin şərtlərini açıqlamayıb.
"Qırmızı-ağlar"ın Qarsiya üçün 20 milyon avro ödəyəcəyi bildirilir.
"Spartak" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində üçüncü yeri tutur.