Fransanın keçmiş prezidenti Nikoly Sarkozi bu gün "dinləmə" işi üzrə hökmün icrası çərçivəsində elektron qolbaq almaq üçün məhkəməyə gəlməlidir. Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb. "Nikola Sarkozi bu gün telefon danışıqlarının dinlənilməsi işi üzrə elektron qolbaq taxmalıdır", - mənbə bildirib. Onun məlumatına görə, səhər saatlarında qolbaq hələ taxılmamışdı. Ötən həftə N.Sarkozi hökmün icra şərtləri barədə məlumatlandırılması üçün Paris məhkəməsinə çağırılmışdı.