ABŞ-ın Tennessi ştatında güclü qasırğa nəticəsində iki nəfər ölüb
Morgan County Fövqəladə Hallar İdarəsi və Daxili Təhlükəsizlik Agentliyi verdiyi açıqlamada fırtınada 3 nəfərin yaralandığını bildirib.
Bəyanatda şiddətli fırtınanın "ciddi maddi ziyana, yaralanmalara və insan tələfatına" səbəb olduğu bildirilir.
PowerOutage.us-un məlumatına görə, fırtına səbəbindən bölgədə 2700-dən çox insan işıqsız qalıb.
Binanın zədələnməsini qiymətləndirmək üçün əraziyə Tennessi Yolu Patrul bölmələri göndərilib.
Morgan County School District-in saytında verilən açıqlamaya görə, fevralın 7-də fırtınanın vurduğu "əhəmiyyətli ziyana" görə rayondakı bəzi məktəblərin fəaliyyəti dayandırılıb.
Nigar