Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.
Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.