EN

Yük maşını körpüdən çaya aşdı – Ölən var

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
23
heftelik.az

10Sources