EN

Türkiyə klubu azərbaycanlı futbolçuya təzminat ödədi

Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı məhkəmə işi uğurla yekunlaşıb.

Publika.az xəbər verir ki, bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, FIFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, futbolçuya klub tərəfindən təzminat ödənilib.

Chosen
88
7
publika.az

10Sources